• 09.00 - 18.00
  • 09.00 - 18.00

Каталог VOLKSWAGEN GROUP

Volkswagen (Almanca "volk"-xalq "wagen"-avtomobil) — Almanyanın avtomobil istehsal edən şirkətlərindən biri.

Volkswagen AG konserninin tarixi 1934-cü ildən başlayır. Alman konstruktoru və mühəndisi Ferdinand Porşe ömrünün dörd ilini ilk xalq avtomobilinin yaradılmasına sərf etmişdir.

1934-ci il Reyx hakimiyyəti Porşe avtomobil şirkətinin təməlini qoymuş alman konstruktoru və mühəndisi Ferdinand Porşeyə müasir minik avtomobillərinin yaradılması üçün sifariş etmişdir. Porşe əvvələr də belə bir avtomobil yaratmaq fikrində idi. Bu təklif gəldikdən sonra o, öz ideyalarını həyata keçirmək üçün gözəl imkan əldə etdi. Xalq avtomobilinin (Almanca "volk"-xalq "wagen"-avtomobil) düzəldilməsi üçün "Porsche" konstruktor bürosu ilə (RDA) "İmperiya Avtomobil sənayesi Cəmiyyəti" arasında müqavilə bağlandı.

1935-ci il axır ki, belə bir avtomobil hazırlandı. Volkswagen markasının ilk prototipi müstəqil olaraq öz birinci səyahətini müvəffəqiyyətlə başa çatdırdı.

1936-ci il "İmperiya Avtomobil sənayesi Cəmiyyəti"-nin nəzarəti altında VW 3 seriyasının üç prototipi sınaqlardan müvəffəqiyyətlə keçdi.

1937-ci il ümumi sayı 30 ədəd olmaqla "Böcək"-in "VW30"-ilk prototipi işıq üzü gördü. Konstruksiyada olan qüsurların üzə çıxarılmasından ötrü onların hər biri bir milyon kilometrdən çox yol qət etdi. Avtomobillər konstruktorlar, mühəndislər və sürücülər tərəfindən layiqincə qiymətləndirildi. Xarici görünüşünün böcəyə oxşaması avtomobilə bu ləqəbin verilməsinə səbəb oldu. Volkswagen layihəsinin Gezuvor şirkətinə (VW avtomobillərinin istehsalının hazırlanması üçün şirkət) verilməsi haqda qərar imzalandı.

1938-ci il Volkswagen avtomobillərinin istehsal edilməsi üçün Fallersleben şəhərinin yaxınlığında avtomobil zavodu tikilməyə başlandı. Gezuvor şirkətinin adı rəsmən Volkswagen GmbH adı ilə əvəz olundu. Bir ildən sonra zavodun açılış mərasimi keçirildi. İkinci dünya müharibəsi illərində zavodun inşaat işləri dayandırıldı və zavod hərbi texnikanın istehsal edilməsi üzrə profilləşdirildi. Zavodun inşaatında bir çox xalqların nümayəndələrindən işçi qüvvəsi kimi istifadə edilib. Muharibə zamanı istehsal sexlərinin böyük hissəsi ingilis təyyarəçiləri tərəfindən dağıdılmışdı.

1945-ci il müharibə illərindən sonra Volkswagen markalı avtomobillərin istehsalı zavodun bərpa olunması ilə yenidən başladı. Zavod İngiltərə hakimiyyəti işğal etdiyi ərazidə olduğundan təmir işləri ilə əlaqədar nəzarəti məhz ingilislər öz üzərlərinə götürdülər. Britaniyanın hərbi avtomobillərinin təmirindən savayı şirkət ilin axırına kimi 1785 Volkswagen avtomobili istehsal etmişdir. Bu avtomobillər, müttəfiqlərin birləşmiş qüvvələrinə və Almaniyanın poçt xidməti üçün nəzərdə tutulmuşdu.

Şəhər yeni Volfsburq (Wolfsburg) adı aldı. 1945-ci ildə Britaniya hakimiyyəti 20 min Volkswagen avtomobilinin istehsalı üçün sifariş etdi.

1947-ci il zavod artıq digər Avropa ölkələrindən sifariş almağa başlayır. 56 limuzin Niderlanda ixrac edilir. Niderlandda Volkswagen avtomobillərinin baş idxalçısı Pon qardaşları idi. Hal-hazırki Transporter modelinin ilk prototipinin yaradılması ideyasını Pon qardaşları irəli sürmüşdülər. Bu modelin seriyalı istehsalına 50-ci illərdə başlandı və model "Bulli" adını aldı.

1948-ci il Volkswagen konserninin rəhbərliyi dəyişildi və Henrix Nordxoff konsernin baş di-rektoru oldu. Volkswagen avtomobillərinin satışının və servis xidmətlərinin təşkil olunmasına başlandı. Berlində yerləşən konsernin iqamətgahı Volfsburq şəhərinə keçirildi. Elə həmin ildə konveyerdən 25.000-ci Volkswagen buraxıldı.

1949-cu il Volkswagen Beetle modelinin ilk partiyasını okeanın o tayına – ABŞ-a göndərdi. Volkswagen xarici ölkələrdə avtomobillərinin satışını təşkil etdi. Müharibə bitdiyi gündən etibarən 50.000 avtomobil istehsal olunmuşdu. 6 sentyabr 1949-cu ildə Volkswagen bütövlüklə Almaniya Federativ Respublikasına verildi.

1950-ci il ilk Volkswagen Transporter istehsal edildi. Kanadada, Braziliyada, CAR-da, Avstriyada və Meksikada konsernin ilk törəmə müəssisələri açıldı. Konveyerdən 500.000-ci avtomobil çıxdı.

1955-ci il konveyerdən 1.000.000-cu avtomobil çıxdı.

1960-ci il Volkswagen bu ildə xüsusi mülkiyyətli səhmdar cəmiyyətinə çevrildi. Səhmlərin sahibləri 20%-lik sahiblik payı ilə Almaniya Federativ Respublikası və Aşağı Saksoniya əyaləti oldu. 1988-ci ildə Federal hakimiyyət Volkswagen konsernini özəlləşdirdi və o gündən etibarən konsernin bir sahibi var.

1965-ci il VAG abreviaturalı Volkswagen-Audi konserni yaradıldı. Bir müddətdən sonra İspan firması olan Seat və Çexiyanın Şkoda firması da konsernə daxil edildi.

1973-cu il yeni orta sinifli Passat avtomobili istehsal edildi. Bu yeni konsepsiya ön ötürücülü, su ilə soyudulan dörd silindrli mühərrikli və dəyərli metallardan hazırlanmış kuzovlu avtomobil oldu. Bu avtomobilin mühərriki 55, 75 və 85 at güclü variantlarda təqdim olundu.

1974-ci il Volfsburqdakı əsas zavodun konveyerində axırıncı "böcək" istehsal olundu. Əsrin avtomobilinin istehsalı Meksikaya keçirildi. Onun yerini konveyerdə Golf modeli tutdu. Ön ötürücülü, soyudula bilən 4 silindrli mühərrikli və poladdan hazırlanmış kuzovu ilə Golf sinfinin yeni avtomobili dərhal bazarda etimad qazandı. Üçqapılı və ön ötürücülü Golf modelinin "kiçik qardaşı"- Polo təqdim olundu. Ucuz və əlverişli Polo tez bir zamanda tanındı və Volkswagen konserninin maliyyə vəziyyətini möhkəmləndirdi. Həmin ildə Volkswagen LT modelinin istehsalına başladı.

1982-ci il Golf modelinin bazasından istifadə olunmuş "pikap" formalı Volkswagen Caddy modeli təqdim olundu.

1985-ci il ümumi yığıncaqda konsernin adı Volkswagen AG ilə əvəz olunması qərara alındı. Həmin ildə əfsanəvi Volkswagen Beetle avtomobilinin 50 yaşı tamam oldu. Volfsburq şəhərində Volkswagenwerk zavodunun tarixi-texniki avtomobil zavodu açıldı. Ümumi sahəsi 5.000 kv.m. olan sərgi meydançasında Volkswagen konserninin şanlı tarixi əyani şəkildə təqdim olundu.

1987-ci il Volkswagen konsernində istehsal rekordu təyin olundu. Konveyerdən 50.000.000-cu Volkswagen avtomobili endi.

1994-cu il Golf modelinin 20 yaşı tamam oldu. Golf Pink Floyd adlı yeni model istehsal olundu. Volfsburq şəhərindəki zavoddan 15.000.000-cu Golf buraxıldı.

1995-ci il "Volkswagen" klubu açıldı. Bu, müştərilərə xidmət etməkdən ötrü yeni marketinq alətinə çevrildi. Bu ildə daha həcmli yeni universal – Sharan təqdim olundu.

1998-ci il İctimaiyyətə yenilənmiş "Böcək" – New Beetle təqdim olundu. "Volkswagen ticarət avtomobilləri" bölməsi də həmçinin üç yeni TDİ variantını – T4, Caravella və Multivan modellərini təqdim etdi. Həmin il Volkswagen Buqatti adının hüququnu əldə edərək Rolls–Royce və Bentley Motors Cars LTD şirkətlərinin idarə olunmasını öz əlinə aldı.

199-ci il Volkswagenin yeni modeli – komfortlu Bora sedanı buraxıldı.

2002-ci il Premium sinfinə aid avtomobillərin istehsalına başlandı: Volkswagen Phaeton limuzini və həmçinin Touareg ofrouderi.

2003-cu il isə Vw Golf modelinin beşinci nəslinin və Vw Touran modelinin miniveninin hazırlanmasına başlandı.


Наименование Код производителя
QAPAQ DUMAN FƏNƏRİ SAĞ 6R0853665
QAPAQ DUMAN FƏNƏRİ SOL 6R0853666
OBLİSOVKA 6R0853677
KRONŞTEYN BUFER ÖN 6R0941511
PANEL ÖN 6RU805071A
KRONŞTEYN BUFER ÖN SAĞ 6RU805072A
PANEL ÖN 6RU805588ESH
PILNIK QAPI 6RU821188
RULMAN STUPİSA ÖN 713610630
REZİN KAPOT 86782750
HAVA FİLTERİ 8K0133843E
STOP SOL 8R0945093C
BABİN 94860210402
BABİN 95560210103
ŞLANQ SOYUDUÇU KONDİSİONER 97762TT
YAĞ SÜRƏTLƏR QUTUSU AKP 1L G055025A2
YAĞ FİLTERİ H14W30
YAG FILTIR OE6883
YAĞ FİLTERİ SH4771P
YAĞ FİLTERİ WL7070