• 09.00 - 18.00
  • 09.00 - 18.00

Каталог MITSUBISHI MOTORS

Mitsubishi — Yaponiyada ilk seriyalı avtomobil istehsalçısı.

Hər şey 1870-ci illərdə başladı.Gənc sahibkar İvasaki Yataro Tsukomo Şokai adlı kiçik paroxod şirkətinin əsasını qoydu və 1875-ci ildə adı bir neçə dəfə dəyişildikdən sonra o, "Mitsubishi Mail Steamship Company" ("Mitsubishi" potç paroxod şirkəti) adlandırılmağa başladı – hazırkı bütün müasir "Mitsubishi" şirkətlərinin əcdadı bu cür yarandı.

İvasaki ailəsi "Mitsubishi" şirkətinin sahibi idi və onu idarə edirdi. Fəaliyyət sahəsi sürətlə inkişaf edən şirkət müharibəyə qədər Yaponiyada (II Dünya müharibəsinə qədər) ən böyük və güclü müxtəlifcəhətli şirkətlərdən birinə çevrildi. 1945-ci ilin sonu üçün "Mitsubishi" gəmiçikliklə yanaşı,gəmiqayırma,bank fəaliyyəti,nəqliyyət xidmətləri,faydalı qazıntıların hasilatı,daşınmaz əmlakla əməliyyatlar,kimya istehsalı və bir çox digər fəaliyyət növləri ilə məşğul olmağa başladı.

İvasaki sahibkarlar ailəsindəki yapon həssaslığı,ntizam və kəskin məsuliyyət hissi "Mitsubishi" şirkətlərində bu günədək qorunub saxlanılır."Mitsubishi"nin avtomobil istehsalçısı kimi bərqərar olduğu iyirmi il ərzində bütün idərəedicilər yeniliklər yaratmaq,təzə texnologiyaları o vaxtlar yaranmaqda olan Yaponiya sənayesində tətbiq etmək təşəbbüsünə yönəldilmişdi. Bu təşəbbüs "Model-A" tarixi minik avtomobilindən başlayıb.4 il ərzində istehsal edilən bu avtomobil cəmiyyət tərəfindən o qədər yüksək qiymətləndirilib ki,1922-ci ildə o,Yaponiya Sənaye sərgisinin eksponatına çevrilib."Model-A" "Mitsubishi"yə Yaponiyanın başlıca avtomobil istehsalçılarından biri kimi bərqərar olmaqda kömək edib.

1918-ci ilin əvvəlində "Mitsubishi" özünün ilk yük maşınını, eksperimental T1 modelini yaradır.T1 yük maşını Yaponiya hökumətinin sponsorluq etdiyi 1000-kilometrlik testdən uğurla keçir və öz konstruksiyasının uzunömürlüyünü və etibarlığını təsdiq edir.Mitsubishi" üçün 1931-ci il avtomobilqayırma sahəsində ilk böyük sıçrayış ili oldu – "Mitsubishi" kollektivi Yaponiyada avtomobil nəqliyyatı üçün ilk dizel mühərriki (yanacağın bilavasitə vurulması sisteminə malik, gücü 70 a.g. olan 450AD modeli) yaratdı.Bir ildən sonra ilk, o vaxtlar üçün ən böyük və güclü, "Fuso" yük şöbəsinin bütün dünyada məşhur avtomobillərinin əcdadı olan "Mitsubishi" avtobusu (B46) buraxılır.

1930-cı illərdəki sıçrayış xüsusilə hissolunan idi."Mitsubishi" yeni ideyaları, işləmələri tətbiq edir ki,onların çoxu Yaponiyanın avtomobil sənayesində ilk dəfə tətbiq edilir.Onlardan ən əhəmiyyətlisi bunlar idi: tamötürücülü sərnişin avtomobilinin prototipi PX33 (1934-cü il), dizel avtobusları BD46 və BD43 (1935-ci il),forkameralı dizel SHT6 və dizel mühərrikinə malik TD45 yük maşını.

Şübhəsiz, bu müddət ərzində "Mitsubishi" tərəfindən irəli sürülən bütün yenilik və kəşflər sənaye istehsalında tətbiq edildi.Amma,daha vacib olanı budur ki,"Mitsubishi"nin eksperiment etmək,yeni ideyaları axtarmaq və onları işləyib hazırlamaq cəhdi "Mitsubishi" firmasının sonrakı illərdə ona yaxşı xidmət göstərən bilik və texnologiyalarının əsasını qoydu.


Наименование Код производителя
PANEL 5256A599
POTKRİLNİK 5370B417
POTKRİLNİK 5370B423
POTKRİLNİK 5370B424
QAPI ÖN SOL 5700A453SH
ŞÜŞƏ ÖN 6102A825
ŞÜŞƏ KANTI ÖN 6107A079
BUFERİN ALT SALASKASI SAĞ 6400A810
ORTA SETKANIN KANTI 6400B398
EHTİYAT TƏKƏRİN QAPAĞININ QAPAĞI 6430A106XA
EHTİYAT TƏKƏRİN QAPAĞI 6430A274XA
EMBLEM 7415A148
EMBLEM 7415A151HA
SPOYLER ÖN SAĞ 7420A078
KONDİSİONER FİLTERİ 7803A004
MOTOR SU VURAN 8260A008
SU PÜSKÜRƏN 8265A064
SU PÜSKÜRƏN 8265A335
SU PÜSKÜRƏN 8265A336
FƏNƏR SAĞ 8301C182
BUFERİN SAĞ SETKASI 8321A124
DUMAN FƏNƏRİ 8321A469
NÖMRƏ İŞIĞI 8341A110
İŞIQ ƏKSETDİRİCİ SOL 8355A003
İŞIQ ƏKSETDİRİCİ SAĞ 8355A050
LENT SÜKAN 8619A016NBR
LENT SÜKAN 8619A017
LENT SÜKAN 8619A017NBR
LENT SÜKAN 8619A018
DÜYMƏ BUFER 9090403067