• 09.00 - 18.00
  • 09.00 - 18.00

Haqqında

2000-ci ildən fəaliyyət göstərən “ŞƏRQMOTORS” şirkəti Yapon, Koreya və Avropa istehsalı olan avtomobillər üçün ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətinin göstərilməsi sahəsində ixtisaslaşır.
2007-ci ildə şirkət Hyundai Auto Azerbaijan-ın, 2010-cu ildə isə Kia Motors Azerbaijan-ın rəsmi dileri statusunu əldə etmişdir. 2016-cı ildən etibarən “Şərqmotors” müstəqil şəkildə servis mərkəzi və ehtiyat hissələri mağazalar şəbəkəsi vasitəsilə müştərilərə yüksək keyfiyyətli xidmət göstərir.

Şirkətin Aftermarket satış şöbəsi ölkənin bütün bölgələrinə genişmiqyaslı topdan və pərakəndə ehtiyat hissələrinin satışını təmin edir. “Şərqmotors” Azərbaycanda Mando, HCC, CTR, Sakura Filters, Sakura Radiators, Federal Power və Genesso brendlərinin rəsmi təmsilçisidir.

25 illik fəaliyyəti ərzində şirkət xidmət sahələrini genişləndirərək, yeni tərəfdaşlıqlar və inkişaf strategiyaları ilə bazardakı mövqeyini daim gücləndirir. Yüksək təcrübəyə və müvafiq biliyə malik peşəkar məsləhətçi heyəti, həmçinin müasir diaqnostika və təmir avadanlıqları ilə “Şərqmotors” müştərilərinə etibarlı və keyfiyyətli xidmət göstərməyi əsas hədəf seçmişdir.

 

Operating since 2000, Shargmotors specializes in the import, sale, and servicing of spare parts for Japanese, Korean, and European automobiles.
In 2007, the company was granted official dealer status by Hyundai Auto Azerbaijan, followed by Kia Motors Azerbaijan in 2010. Since 2016, Shargmotors  has continued its operations independently, providing high-quality service to customers through its network of service centers and spare parts stores.

The company’s Aftermarket Sales Department ensures large-scale wholesale and retail distribution of spare parts across all regions of the country. Shargmotors is the official representative of the following international brands in Azerbaijan: Mando, HCC, CTR, Sakura Filters, Sakura Radiators, Federal Power, and Genesso.

Throughout its 25 years of operation, the company has consistently expanded its service capabilities, strengthened its market position, and developed new partnerships and growth strategies. With a highly experienced advisory team, extensive technical expertise, and state-of-the-art diagnostic and repair equipment, Shargmotors is committed to providing customers with reliable and high-quality service.