Şərqmotors — Şirkət Profili
"ŞƏRQMOTORS" MMC 2000-ci ildən etibarən Yapon, Koreya və Avropa istehsalı olan avtomobillər üçün ehtiyat hissələrinin idxalı, satışı və servis xidmətlərinin həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətdir.
2007-ci ildə şirkət Hyundai Auto Azerbaijan-ın, 2010-cu ildə isə Kia Motors Azerbaijan-ın rəsmi diler statusunu əldə etmişdir. 2016-cı ildən başlayaraq Şərqmotors müstəqil fəaliyyət modeli əsasında servis mərkəzləri və ehtiyat hissələri mağazalar şəbəkəsi vasitəsilə müştərilərə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edir.
Aftermarket
Şirkətin Aftermarket satış şöbəsi Azərbaycanın bütün regionlarını əhatə edən topdan və pərakəndə ehtiyat hissələri tədarükü ilə məşğuldur. Geniş distribusiya imkanları sayəsində müştərilərə etibarlı, operativ və dayanıqlı təchizat təmin edilir.
Rəsmi Təmsilçiliklər
Şərqmotors aşağıdakı beynəlxalq brendlərin Azərbaycandakı rəsmi nümayəndəsidir:
- Mando
- HCC
- CTR
- Sakura Filters
- Sakura Radiators
- Federal Power
- Genesso
Peşəkar Resurslar və Operativ İmkanlar
25 illik fəaliyyət dövründə Şərqmotors xidmət portfelini genişləndirmiş, əməkdaşlıq əlaqələrini möhkəmləndirmiş və inkişaf strategiyalarını uğurla həyata keçirmişdir. Şirkət yüksək ixtisaslı və təcrübəli məsləhətçi heyəti, müasir tələblərə cavab verən diaqnostika və təmir avadanlıqları əsasında müştərilərinə etibarlı, keyfiyyətli və peşəkar xidmət göstərməyi əsas prinsip kimi qəbul etmişdir.