• 09.00 - 18.00
  • 09.00 - 18.00

Каталог GENERAL MOTORS

General Motors şirkəti

GM şirkəti 1908-ci ildə ABŞ-da yaradilib. Rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdu. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. Bu status 2008-də Toyotaya keçib. 2007-ci ildə şirkətin ümumi büdcəsi 181.1 milyard dollar olub. Dünya üzərində işçi sayi 235.000 nəfərdir. Dünyanın 34 ölkəsində maşın istehsalı ilə məşğuldurlar. 140 ölkə ilə biznes fəaliyyəti var. Əsas brendləri bunlardır: Cadillac, Chevrolet, GMC, Buick, Hammer, Holden, Pontiac, Saab, Saturn, Vauxhall, GM Daewoo, Wuling. Həmçinin General Motors Fiat, Alfa Romeo, Lancia, Ferrari, Maseratti, Subaru, Isuzu, Suzuki kimi şirkətlər üçün aftomobil mühərriki istehsal edir. Bu şirkətlərin bir çoxunun səhmləri General Motors şirkətininin əlindədir. Şirkətin səhmləri Nyu-York qiymətli kağızlar bazarında satılır. Eyni zamanda Opelin 30%- i GM-ə məxsusdur. Bu il Hammer Çin şirkəti olan Sichuan Tengzhong Heavy Industrial Machinery Co., Ltd (Tengzhong) satılmışdır. Ancaq hərbi Hammerin heç vaxt satılmayacağı açıqlanmışdır. Keçən il baş verən iqtisadi böhran bu şirkətdən də yan keçmədi. Şirkətin istehsalı zəiflədi. Ancaq buna baxmayaraq 2008-ci ildə 8.350.000 avtomobil satılmışdır.

Azərbaycanda General Motors’un istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı. 2008-ci ildə GM şirkəti təkcə Rusiya bazarı üçün 337 810 avtomobil istehsal etmişdir. Bu rəqəm 2007-ilin göstəricisindən 130% çoxdur. 1990-cu ildə baş verən siyasi hadisələrdən sonra General Motors şirkəti üçün yeni bazar imkanları yaranmışdır. Son göstəricilər də görsədir ki, MDB respublikalarında avtomobil satışları hər il artır. General Motors şirkətinin avtomobilləri Azərbaycan bazarındada öz yerini tapmışdır. Ümumilikdə şirkət 2007 ildə 9,37 milyon avtomobil və yük maşını satmışdır. 2009 cu ildə şirkət internet üzərindən avtomobil satışı kampaniyasına başladı, burada əsas məqsəd satış miqdarını artırmaqdır. General Motors adlı yeni şirkət yaradılıb. • Öz alıcılarının tələbatlarını həyata keçirərək GM şirkəti avtomobillərin və yük maşınlarının istehsalına qayıdır. • Yeni şirkət köhnə GM-in güclü aktivləri əsasında yaradılıb. • ABŞ-nın ən iri və güclü diler şəbəkəsinin dəstəyi altında olan dörd hakim brend. • Qlobal səviyyəli dürüst təşkil edilmə əsasında qərarları operativ qəbul etməyə və istehlakçıları guşənin başında qoymağa imkan yaranacaq. • Açıq kommunikasiyalara təşəbbüs. DETROYT, 10 iyul 2009-cu il. Bu gün yeni General Motors yeniləşdirilmiş korporativ quruluşla, yeni balans ilə və yeni kursla – şirkətin bütün fəaliyyətini istehlakçıya yönəltməklə - fəaliyyətə başladı. "Mən daxil olmaqla şirkətin hər əməkdaşına öz fəaliyyətinə qayıtmağa - alıcıların tələbatlarını həyata keçirərək avtomobillərin və yük maşınlarının dizaynı, istehsalı və satışına - imkan yaradan General Motors şirkətinin bu günü yeni dövrün başlanğıcına dəlalət edir. Bu tarixi keçid dövrü ərzində bizə edilən yardımı biz yüksək qiymətləndiririk və biz səylə işləyəcəyik ki, yeni müvəffəqiyyətli General Motors şirkəti yaradaraq bu etimadı doğruldaq" – bu sözləri şirkətin prezidenti və icraçı direktoru Fritz Henderson demişdir. Müflislik işləri üzrə məhkəmənin 5 iyul 2009-cu il tarixli icazə qərarı ilə satılaraq ən yaxşı aktivlər əsasında yaradılan yeni GM aşağıdakılardan ibarətdir: • ABŞ-da dörd hakim brend və həmçinin ölkədə ən şaxələnmiş və güclü diler şəbəkəsi. • Qabaqcıl dizayn və texnologiyaların nəticəsinə uyğun, istehlakçılara və ətraf mühitə böyük əhəmiyyətə malik olan Chevrolet, Cadillac, Buick və GMC yük maşınlarının və krossoverlərin yeniləşdirilmiş model sırası. • Yeni GM şırkətinə yeni məhsullara, hakim texnologiyalara və öz gələcəyinə investisiya etməyə imkan verən istehsal xərclərinin rəqabətli strukturu, qüsursuz istehsal hesabatı və habelə daha güclü satış. • Müştərilərə və məhsullara yönəldilmiş korporativ mədəniyyət. Cənab Henderson demişdir: "Son yüz gün ərzində biz bir şeyi başa düşdük: GM operativ və qətiyyətlə hərəkət edə bilər. Son aylarda müflislik üsulunu keçərkən mərkəzləşdirilmiş enerjini, təzyiqi və sürəti biz bu gün götürüb yeni General Motors şirkətinin yaradılma prosesinə və fəaliyyətinə yönəldəcəyik". Cənab Henderson elan etmişdir: "GM-də biznesə onun adi anlaşılmasında son qoyulmuşdur. Bu gün General Motors üçün və onunla əlaqədar olan bütün şirkətlər üçün yeni era başlayıb. Gələcəkdə General Motors daha müştəri yönümlü olacaq, istehlak və bazar tendensiyalarına daha operativ reaksiya verəcək və həmçinin alıcılara daha yaxın olan əməkdaşlara qərar qəbul etmək üçün səlahiyyət vermək planlaşdırılır. Bizim məqsədimiz – istehlakçıların gözlədiyi avtomobilləri, yük maşınlarını və krossoverləri yaratmaq və habelə onları əvvəlkindən tez olaraq bazara çıxarmaqdır". Etibar və inamı bərpa etmək öhdəçiliyi. ABŞ, Kanada, Ontario hökumətləri və həmçinin avtomobil sənayesi fəhlələrinin Birləşmiş həmkarlar ittifaqının (UAW) pensionerlərinə zəmanət təmin edən trast fondu General Motors şirkətinin əsas sahibləridir. Adi səhmlərin sahibləri aşağıdakılar olacaq: • ABŞ-ın Maliyyə Nazirliyi: 60,8%; • Pensiya tibbi sığorta trastı (UAW): 17,5%; • Kanadanın və Ontario əyalətinin hökumətləri: 11,7%; • Köhnə GM: 10%. "Transformasiya prosesində əlaqədar şəxslərin bizə etdiyi köməyi biz yüksək qiymətləndiririk. Baxmayaraq ki, General Motors şirkətinin qiymətli kağızları əvvəlcə birjada yerləşdirilməyəcək, bizim maliyyə və başqa hesabatlarımız aşkar olacaq ki, etibar və inam daha da möhkəmlənsin. Biz qısa və praktiki məqsədəuyğun müddət ərzində, gələn ildən başlayaraq, şirkəti açıq etmək və dövlət kreditlərini mümkün qədər tez ödəmək istəyirik. Biz bu ödəmələri 2015 ildə tamamlamalıyıq, lakin bu işi daha tez etmək istəyirik" – bu sözləri cənab Henderson demişdir. Daha sabit balans. General Motors şirkəti daha sabit balansla, istehsal xərclərinin rəqabətli strukturu ilə və güclü pul ehtiyatı ilə işə başlayır. Bütün bunlar bizim şirkətə ABŞ-da amerika və xarici avtomobil istehsalı şirkətləri ilə rəqabət aparmağa, həmçinin qlobal bazarda qalmağa imkan verməlidir. Qismən, avtomobil sənayesi fəhlələrinin Birləşmiş həmkarlar ittifaqı (UAW) və Kanada avtomobil sənayesi fəhlələrinin həmkarlar ittifaqı (CAW) ilə danışıqların nəticəsi kimi, yeni şirkət GM-in ən yaxşı aktivlərini alacaq və istehsalat xərclərinin rəqabətli strukturundan istifadə edəcək. Yeni GM öz işinə daha güclü balans ilə başlayıb: ABŞ-ın təqribən $11 milliard şirkətə olan borcu və $9 milliard imtiyazlı aksiyalar. Bu aksiyaların məbləği sıfırdan başlanmış maliyyə hesabatı nəticəsində dəyişə bilər. Ümumilikdə, təmin olunmamış borclardan və UAW pensionerlərinin tibbi zəmanətlərini təmin edən muzdlu işçilərin könüllü qarşılıqlı yardım cəmiyyətinin (VEBA) trast fondundan ibarət olan ümumi borc $40 milliard azalmışdır. Güclü balans və zərərsizliyin aşağı nöqtəsi yeni GM-ə riskləri azaltmağa, az həcmlə böyük qazanc əldə etməyə, həmçinin qabaqcıl texnoloqiyaların hakim sahələrinə, yeni məhsullara investisiya etməyə imkan verəcək. GM-in ABŞ-dan xaricdə yerləşən filiallarını yeni şirkət satin alacaq, və gözlənildiyi kimi, onlar öz fəaliyyətlərini fasiləsiz davam etdirəcəklər. Yeni GM-in işə salınması ilə şirkətin liderləri onun mədəniyyətinin dəyişilməsinə başlayacaqlar, GM-in axırıncı aylarda nümayiş etdirdiyi sürəti və qətiyyəti biznesin yeni üsulu edəcəklər və bura istehlakçıya qarşı güclü yönəlmə əlavə ediləcək. Edvard E. Vitakre Kiçik, hansı ki, yeniləşdirilmiş Amerika telefon-teleqraf şirkətinin (AT&T) yaranmasına rəhbərlik edib, GM-in direktorlar şurasının sədri təyin edilib; bu şuranın tərkibinə bir neçə yeni şəxslər də daxil olublar. Fritz Henderson öz fəaliyyətini şirkətin prezidenti və icraçı direktoru kimi cənab Vitakre ilə sıx əməkdaşlıqla davam etdirəcək. O, həmçinin GM-in Şimali Amerikadakı fəaliyyətinə rəhbərlik edəcək, çünki bu reqionda şirkətin prezidenti vəzifəsi ləğv edilib. Henderson həmçinin alıcılarla GM-in hər hansı səviyyəli işçiləri ilə əlaqələri daha sıx etmək təşəbbüsü barədə elan edib. "Gələn həftədən başlayaraq, biz "prezidentə de" saytını işə salacayıq. Burada müştərilər və ümumiyyətlə hər kəs öz fikirləri, narahatçılıqları və təklifləri ilə rəhbərliyə müraciət edə bilərlər. Mən şəxsən hər gün bir neçə belə sorğuya cavab verəcəm". Cənab Henderson və General Motors-un başqa rəhbərləri istehlakçılarla görüşmək üçün səfərlər planlaşdırırlar. Avqust ayında həm ABŞ-da, həm də xaricdə müştərilərlə, dilerlərlə, təchizatçılarla və şirkətin işçiləri ilə görüşlər başlayacaq. Fritz Henderson demişdir: "Bu gün biz yeni General Motors-u işə salırıq və bizim vədimiz sadədir. Biz qazanclı olacayıq, biz borcları mümkün qədər tez ödəyəcəyik, bizim avtomobillərimiz və yük maşınlarımız dünyada ən yaxşılarından olacaq. Biz başa düşürük ki, burada, GM-də bizə nadir ikinci fürsət verilib və buna görə biz minnətdarıq. Biz anlayırıq ki, işimizi yaxşı qurmaq üçün bütün imkanlara malikik. Bizim alıcıların etibarını biz yüksək qiymətləndiririk və gələcəkdə sizə ancaq əla avtomobillər, yük maşınları, krossoverlər və yüksək keyfiyyətli xidmət təklif edəcəyik. Çətin zamanda bizə dəstək olanların hamısına dərin minnətdarlığımızı bildiririk. Əvvəllər bizdən avtomobil almayanlara yaxud alıb narazı qalanlara demək istəyirəm ki, biz gələcəkdə sizin etimadınızı qazanmağı və sizi qane etməyi nəzərdə tutmuşuq."


Наименование Код производителя
HAVA FİLTERİ 04593914AB
PADKRİLNİK SOL 09038978
QAYIŞ MÜHƏRRİK 1145A049
BABİN 1208092
NAKLADKA ÖN 13301207NBR
NAKLADKA ÖN 13312895
TERMOSTAT QUTUSU 1338177NBR
BAÇOK SU 13465094
BAÇOK HAVA FİLTERİ ALT 13468543
QAPAQ BAÇOK SU 13502353
HAVA FİLTERİ 15875795
HAVA FİLTERİ 15942429
NAKLADKA ARXA 1605042
TIXAC 17313NBR
AMORTİZATOR ÖN SOL 22862225
AMORTİZATOR ÖN SAĞ 22862226
KEÇƏ (SALNİK) MÜHƏRRİK 2302052
TƏNZİMLƏYİCİ (NATEJİTEL) QAYIŞ 24410NBR
YAĞ FİLTERİ 25177917
QAYIŞ DİNAMO 25183021
TƏNZİMLƏYİCİ (NATEJİTEL) QAYIŞ 25183772
TƏNZİMLƏYİCİ (NATEJİTEL) QAYIŞ 25191263
TERMOSTAT QUTUSU DƏST 25192233NBR
TRUPKA ŞLANK 25192905
TRUPKA ŞLANK 25192905BRAS
PAYLAYICI SOYUDUCU SİSTEM 25192985
QAPAQ MÜHƏRRİK ÜST 25198877NBR
TERMOSTAT 25199828
HAVA FİLTERİ 28113NBR
NAKLADKA ARXA 284632F000